• Bakı 23° C

    9.54 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Yaşa görə güzəştli pensiya hüququ verən işlər siyahısında dəyişiklik edilib

CƏMİYYƏT

28 Iyul 2025 | 17:09

Yaşa görə güzəştli pensiya hüququ verən işlər siyahısında dəyişiklik edilib

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, qızıl otağının operatorları və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar, eləcə də metallurqlar həmin siyahıya əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermələri tapşırılıb.


SON XƏBƏRLƏR