Bu ilin iyun ayında Bakının bütün rayonlarında qeyri-yaşayış sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən kəskin bahalaşma paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bu rayonda 1 kv.m. qeyri-yaşayış sahəsinin orta qiyməti 20 % artaraq 5 525 manat olub.
Bundan başqa, orta qiymət Bakının Yasamal rayonunda 19 % artaraq 7 992 manat, Nəsimi rayonunda 19 % artaraq 5 056 manat, Səbail rayonunda 16 % artaraq 8 012 manat, Nizami rayonunda 14 % artaraq 4 042 manat, Sabunçu rayonunda 12 % artaraq 4 552 manat, Xətai rayonunda 11 % artaraq 6 002 manat, Xəzər rayonunda 11 % artaraq 2 223 manat Binəqədi rayonunda 10 % artaraq 3 512 manat, Suraxanı rayonunda 8 % artaraq 3 002 manat, Qaradağ rayonunda 6,5 % artaraq 2 002 manat olub, Pirallahı rayonunda isə 5 % artaraq 1 980 manat təşkil edib.