• Bakı 25° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Şəkidə AĞIR QƏZA: ölən və xəsarət alanlar var

HADİSƏ

28 Iyul 2025 | 18:54

Şəkidə AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Şəkidə ağır yol qəzası olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./report


SON XƏBƏRLƏR

28 Iyul 2025