• Bakı 24° C

    11.37 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Xırdalanda DOST Mərkəzindəki yanğın maddi ziyana səbəb olub - FOTO + VİDEO - YENİLƏNİB

HADİSƏ

27 Avqust 2025 | 18:28

Xırdalanda DOST Mərkəzindəki yanğın maddi ziyana səbəb olub - FOTO + VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən DOST Mərkəzində yanğın baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yanğın baş verən filial təmirə bağlanmışdı. 

Bu həftə təmir başa çatıb və filialın açılışının olacağı gözlənilirmiş. Lakin yanğın nəticəsində açılış mərasimi baş tutmadı.

Bildirilib ki, yanğın nəticəsində DOST Mərkəzinə ciddi ziyan dəyib. Bir çox kompüterlər və sənədlər tamamilə yanıb. Hətta Mərkəzdə çalışan bəzi könüllülərin mobil telefonları da yanıb. Buna səbəb könüllülərin iş saatında telefonlarının yığılması və dolaba qoyulması olub. 

Məlumata əsasən, yanğın nəticəsində binanın yaxınlığındakı avtomobillərə ziyan dəyməyib.

***

17:05

Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

    ***

    16:44

    Abşeron rayonunun Xırdalan şəhərində yerləşən DOST Mərkəzində yanğın baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub.

    Qeyd edək ki, DOST Mərkəzinin yerləşdiyi binada bundan əvvəl də yanğın olub.

    Yanğına elektrik çaydanın səbəb olduğu bildirilib.

    Vətəndaşlara məxsus sənədlərin, həmçinin işçilərin telefonlarının yandığı deyilir.

    Mina Mikayılova

     


    SON XƏBƏRLƏR