Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) və ABŞ arasında bağlanmış rüsumlar üzrə sazişi tənqid edib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Onun sözlərinə görə, bu sazişi uğur adlandırmaq çox çətindir, çünki Aİ rəhbərliyinin mövqeyi ABŞ rəhbərliyinkindən daha zəifdir. Xüsusilə, o, Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni Aİ-ni ABŞ-yə "yüz milyardlarla avro" sərmayə qoymağa, həmçinin Vaşinqtondan müəyyən həcmdə silah almağa məcbur etdiyi üçün tənqid edib.
"Amma Avropa Komissiyasının pulu yoxdur. O, kimin adından bu sazişə nail olub?" – V.Orban soruşub.
Bundan əvvəl fon der Lyayen və Tramp Aİ-dən ABŞ-yə ixrac olunan mallara 15 % dərəcəsi üzrə sazişin bağlanmasını elan ediblər.