• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

SİYASƏT

28 Iyul 2025 | 15:56

Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.

Bakıvaxtı.az İran KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail – İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.


SON XƏBƏRLƏR