• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Tailand və Kamboca arasında atəşkəs elan olunub

DÜNYA

28 Iyul 2025 | 14:12

Tailand və Kamboca arasında atəşkəs elan olunub

Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat verib.

Onun sözlərinə görə, atəşkəs bu axşamdan etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, son günlər Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub, ümumilikdə 300 mindən çox adam yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.


SON XƏBƏRLƏR