• Bakı 25° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Ötən həftə 7 nəfər dənizdə boğulub - VİDEO

HADİSƏ

28 Iyul 2025 | 12:07

Ötən həftə 7 nəfər dənizdə boğulub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 780 yanğına çıxış, 50 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 51 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR