Hacıqabulda baş verən qəzada sürücü ölüb
Bakıvaxtı.az xəbər verir ki, qəza rayonun Padar kəndi ərazisində qeydə alınıb.
Hacıqabul sakini, 33 yaşlı Manafov Şahid idarə etdiyi "Opel" markalı avtomobili aşırıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.