• Bakı 27° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Yük maşını aşdı - sürücü...

HADİSƏ

29 Iyun 2025 | 09:09

Yük maşını aşdı - sürücü...

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza Bakı–Qazax əsas magistral yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Murad İslam oğlu Mustafayevin idarə etdiyi, mişar daşı ilə yüklənmiş “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

    Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    28 Iyun 2025