• Bakı 27° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - YENİLƏNİB

HADİSƏ

29 Iyun 2025 | 09:55

Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - YENİLƏNİB

Bu gün saat 03:30 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, görə onların hər birinə ilkin tibbi xidmətlər göstərilib.

    Bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

    Digər iki şəxs Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir.

    Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    09:17

    Masallı rayonu Xoşçobanlı kəndi ərazisində baş verən cinayət işinin motivi məlum olub.

    Bakıvaxtı.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

    Nəticədə 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Hazırda polis tərəfindən hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    ***

    09:02

    İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.

      A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

      K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

      Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.

      Araşdırma aparılır.

      DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.


      SON XƏBƏRLƏR

      28 Iyun 2025