• Bakı 24° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Yekaterinburqda daha bir azərbaycanlının məhkəməsi keçirilir - FOTO - YENİLƏNİB

DÜNYA

29 Iyun 2025 | 13:20

Yekaterinburqda daha bir azərbaycanlının məhkəməsi keçirilir - FOTO - YENİLƏNİB

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

    Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

    ***

    12:56

    Dövlət ittihamçısı Akif Səfərovun şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu söyləyib.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, prokuror məhkəmədən onun barəsində 22 sutka həbs qətimkan tədbirinin seçilməsini istəyib.

    ***

    11:58

    Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.


    SON XƏBƏRLƏR

    28 Iyun 2025