• Bakı 26° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Nihadın axtarışları davam edir - Video

HADİSƏ

29 Iyun 2025 | 15:11

Nihadın axtarışları davam edir - Video

Bir neçə gün öncə Füzulidə kanalda batan 16 yaşlı Nihad Nağızadənin axtarışları davam edir.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

28 Iyun 2025