Abşeron rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 27-si gecə saat 2 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib.
Qəsəbə ərazisində kirayədə yaşayan Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Daşdəmirovu boğub öldürüb.
M.Daşdəmirov hadisəni törədəndən sonra Zaqatala rayonuna gedərək orada könüllü olaraq polisə təslim olub və hadisəni törətdiyini etiraf edib.