• Bakı 19° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Bakıda kişi restoranda tanış olduğu qadın tərəfindən bıçaqlandı

HADİSƏ

28 Avqust 2025 | 00:44

Bakıda kişi restoranda tanış olduğu qadın tərəfindən bıçaqlandı

Bakının Xətai rayonunda bir nəfər bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonu, Qvardiya küçəsində baş verib.

1981-ci il təvəllüdlü Cəfərov Tural Eldar oğlu Sabunçu rayonunda yerləşən restoranların birində qadınla tanış olub. T. Cəfərov onu yaşadığı evə aparıb. Onlar arasında mübahisə yaranıb. Qadın T. Cəfərovu bıçaqlayıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Aparılan cərrahi əməliyyatdan sonra T.Cəfərov reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanının əməkdaşları araşdırma aparır.


SON XƏBƏRLƏR

13 Oktyabr 2025