• Bakı 26° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

HADİSƏ

29 Iyul 2025 | 11:26

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.


SON XƏBƏRLƏR