• Bakı 27° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Rusiya Xarkovda dinc əhaliyə atəş açıb - 5 ölü, 3 yaralı

DÜNYA

29 Iyul 2025 | 15:25

Rusiya Xarkovda dinc əhaliyə atəş açıb - 5 ölü, 3 yaralı

Bu gün səhər saatlarında Rusiya ordusunun Xarkovda humanitar yardımın paylanmasını gözləyən dinc əhaliyə atəş açması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, əməliyyat zamanı reaktiv yaylım atəş sistemindən istifadə edilib.

Hadisə vilayətin İzyumsk rayonunun Borovskaya inzibati ərazi vahidində baş verib.

Əraziyə istintaq-əməliyyat qrupu və kriminalistlər cəlb olunub, araşdırma aparılır.


SON XƏBƏRLƏR

29 Iyul 2025