• Bakı 27° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Paşinyan-kilsə qarşıdurması: Baş nazir yoluna çıxacaq bütün qüvvələri neytrallaşdırmaq istəyir

DÜNYA

29 Iyul 2025 | 15:01

Paşinyan-kilsə qarşıdurması: Baş nazir yoluna çıxacaq bütün qüvvələri neytrallaşdırmaq istəyir

Ermənistan Baş naziri Nikol Paşinyan və kilsə arasındakı gərginlik yeni mərhələyə keçid edib. Hazırkı qarşıdurmanın nəticələri İrəvanın siyasi rəqibləri üçün də maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bəzi ekspertlərin fikrincə, əgər kilsədə aparılacaq struktur və idarəetmə islahatları uğurla həyata keçirilərsə, bu, Paşinyanın mövqeyini möhkəmləndirəcək. Həmçinin, rəqiblərinin zəifləməsinə, hətta siyasi arenadan tamamilə çıxmasına səbəb olacaq.

Qeyd edək ki, kilsə Ermənistanın təkcə daxili məsələsi deyil. Üçmədzinin son 200 illik tarixi Rusiyaya bağlıdır. Rəsmi Moskva Cənubi Qafqazı işğal etdikdən sonra Üçmədzinlə təmaslara girib və bu əlaqələr bu gün də davam edir. Kilsənin arxasındakı güclərdən biri də erməni diasporu, lobbidir. O baxımdan kilsənin yıxılması Ermənistan üçün dönüş nöqtəsi sayıır. Baş nazirin istəyinə nail olub-olmayacağını zaman göstərəcək.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın istəyi, məqsədi bəllidir.

Onun sözlərinə görə, Paşinyan Ermənistan daxilindəki siyasi səhnəni elə tənzimləmək istəyir ki, növbəti parlament seçkilərində qələbə qazansın:

"Paşinyanın məqsədi açıqdır. Baş nazir yoluna çıxacaq, ona müqavimət göstərəcək bütün qüvvələri neytrallaşdırmaq istəyir. Lakin qeyd etmək lazımdır ki, kilsə bir qədər siyasi-ictimai qüvvədir. Yəni Paşinyan üçün digər rəqiblərlə müqayisədə kilsə ilə bacarmaq çətin olacaq. Çünki mövcud qanunvericiliyə görə, kilsə daxilində rəhbərlik orqanlarının formalaşması, məsul şəxslərin seçimləri sırf  kilsə daxilində həyata keçirilir. Kənardan, xüsusən dövlət əliylə, təzyiqi ilə kilsədə rəhbərlik, idarəetmə formalaşmır”.

İlqar Vəlizadə: Proseslər getdikcə daha da gərginləşəcək

Ekspert bildirib ki, digər tərəfdən Paşinyanın kilsədə tərəfdarları çox deyil. Dediyinə görə, əgər baş nazir kilsədə öz tərəfdarlarının sayını artıra və onları həmrəy edə bilərsə, həmin qüvvələr üstünlük qazanaraq Apostil Kilsəsinin başçısı II Qaregini devirə bilərlər. Onun fikrincə, indiki məqamda bu, heç də mümkün və asan görünmür:

“O baxımdan Paşinyan bu istiqamətdə hələ çox çalışmalı, mübarizəsini davam etdirməlidir. Yəqin ki, proseslər getdikcə daha da gərginləşəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Iyul 2025