• Bakı 28° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Kreml Trampın Rusiyaya 10-12 gün möhlət verməsi ilə bağlı bəyanatına münasibət bildirib

DÜNYA

29 Iyul 2025 | 14:11

Kreml Trampın Rusiyaya 10-12 gün möhlət verməsi ilə bağlı bəyanatına münasibət bildirib

Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna ilə sülhə nail olmaq üçün Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsi ilə bağlı bəyanatına reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını bildirib.

Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bəyan edib.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.


SON XƏBƏRLƏR

29 Iyul 2025