• Bakı 30° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Rusiya Norveçə etiraz notası göndərdi

DÜNYA

29 Iyul 2025 | 17:10

Rusiya Norveçə etiraz notası göndərdi

Rusiya Xarici İşlər Nazirliyi Norveçin müvəqqəti işlər vəkili Raqnhild Yohansenə etiraz notası təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, nota Norveç tərəfinin Rusiyanın “Norebo” və “Murman Seafood” şirkətlərinin balıqçı gəmilərinə qeyri-qanuni məhdudiyyətlər qoyması səbəbindən verilib.

Açıqlamada qeyd olunur ki, şirkətlər 1976-cı ildə imzalanmış ikitərəfli hökumət sazişinə uyğun olaraq Norveçin müstəsna iqtisadi zonasında balıq ovu ilə məşğul olublar.

Xarici İşlər Nazirliyi əlavə edib ki, qoyulan məhdudiyyətlər sazişin kobud şəkildə pozulmasıdır. 

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Iyul 2025