Amerikalı müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Xəbərdə müğənninin avqustda Moskvada konsert verməyi planlaşdırdığı, lakin 3 ay əvvəl razılaşsa da, bu günlərdə fikrindən daşındığı qeyd edilib.
Dünyaşöhrətli müğənninin Moskvadakı konserti ilə bağlı ilkin müqavilə imzalandığı, hətta 1 milyon dollar qonorar təyin edildiyi də bildirilir.
Onun bu qərarı verməsinə səbəb kimi ölkədə hərbi əməliyyatların davam etməsi və bunun Lopezin imicinə xələl gətirəcəyi göstərilib.