• Bakı 27° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Qəzzada aclığın ən pis ssenarisi - Beş yaşdan kiçik uşaqlar acından…

DÜNYA

29 Iyul 2025 | 15:21

Qəzzada aclığın ən pis ssenarisi - Beş yaşdan kiçik uşaqlar acından…

İsrail və HƏMAS arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra BMT və qurumları Qəzzada aclıqdan narahatdırlar.

Bakıvaxtı.az Fransanın “LeFigaro” qəzetinə istinadən xəbər verir ki, IPC (İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı)  Qəzza zolağında davam edən  "ən pis aclıq ssenarisi" ilə bağlı xəbərdarlıq hesabatını dərc edib.

22 ay davam edən müharibədə 60 min nəfər ölüb

HƏMAS-ın Səhiyyə Nazirliyi bazar günü elan edib ki, İsraillə təxminən 22 aydır davam edən müharibədə Fələstin ərazisində ölənlərin sayı 60 mini keçib:

“İsrailin təcavüzü nəticəsində 60 034 ölən, 145 870 yaralı var”.

Qəzza zolağında aclığın ən pis ssenarisi davam edir

IPC (İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı) hesabatına görə, intensiv döyüşlər, kütləvi əhalinin yerdəyişməsi və humanitar yardıma qoyulan məhdudiyyətlər səbəbindən Qəzza zolağında ən pis aclıq ssenarisi davam edir.

Qeyri-hökumət təşkilatlarının, regional qurumların və BMT-nin ixtisaslaşmış qurumlarının işinin nəticəsi hesab edilən hesabatda, təxminən 22 aydır davam edən müharibənin xaraba qoyduğu Fələstin  ərazisindəki humanitar böhranın həyəcanverici və ölümcül dönüş nöqtəsinə çatdığı deyilir.

Keçən ilin may ayında qida təhlükəsizliyinin səviyyəsini beş səviyyəyə görə müəyyən edən konsorsium Qəzza zolağının 1,95 milyon sakinini (ümumi əhalinin 93%-i) böhran vəziyyətində (səviyyə 3), o cümlədən 925,000-i 4-cü səviyyədə fövqəladə və 244,000-i (5-ci dərəcəli) vəziyyətdə təsnif edib. Hesabatda bildirilir ki, vəziyyətin yeni rəqəmsal təhlili aparılır.

Son məlumatlar Qəzza zolağının əksər hissəsində aclıq həddinə çatdığını göstərir. Bundan başqa hesabatda deyilir ki, hər üç nəfərdən biri bir neçə gün heç bir şey yemədən yaşayır. Aprel və iyulun ortaları arasında 20 mindən çox uşaq kəskin qida çatışmazlığından müalicə olunub. O cümlədən 3 mindən çoxu xəstəxanalarda kəskin qida çatışmazlığından əziyyət çəkir.

“İyulun 17-dən bəri ən azı 16 ölüm hadisəsi olmaqla, beş yaşdan kiçik uşaqlar arasında aclıqla bağlı ölümlər müşahidə olunur. Hərbi əməliyyatları dayandırmaq və humanitar yardımların maneəsiz çıxışına icazə vermək üçün təcili və genişmiqyaslı fəaliyyətə ehtiyac var. İndi tədbir görməmək Qəzza zolağının böyük hissəsində kütləvi ölümlərə səbəb olacaq" deyə xəbərdarlıq edilib.

Efiopiya və Biafrada müşahidə olunan aclıqları xatırladır

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı bildirib ki, Qəzzada baş verən humanitar fəlakət ötən əsrdə Efiopiya və Nigeriyanın Biafra bölgəsində müşahidə olunan aclığı xatırladır :

"Bu, bu əsrdə gördüyümüz heç bir hadisəyə bənzəmir. Bu, bizə keçən əsrdə Efiopiyada və ya Biafrada baş vermiş fəlakətləri xatırladır”.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Iyul 2025