• Bakı 26° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Tailand Kambocanın atəşkəsi pozması barədə Malayziya, ABŞ və Çini məlumatlandırıb - YENİLƏNİB

DÜNYA

29 Iyul 2025 | 14:06

Tailand Kambocanın atəşkəsi pozması barədə Malayziya, ABŞ və Çini məlumatlandırıb - YENİLƏNİB

Tailand Kambocanın atəşkəs rejimini pozması barədə Malayziya, ABŞ və Çini məlumatlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tailandın “The National” nəşri ölkənin xarici işlər naziri Maris Sanqiamponqsanın bəyanatına istinadən bildirib.

Onun sözlərinə görə, Tailand tərəfi Malayziyanın Baş naziri Ənvər İbrahimə, eləcə də ABŞ və Çin hökumətlərinə rəsmi məktub göndərib. Məktubda Kambocanın bu addımlarına qarşı etiraz ifadə olunur. Diplomat təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, bazar ertəsi Malayziyanın Baş nazirinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarında Tailand və Kamboca atəşkəs barədə razılığa gəlib. ABŞ və Çin danışıqlarda müşahidəçi qismində çıxış edib.

Tailand və Kamboca arasında atəşkəs haqqında saziş iyulun 28-də qüvvəyə minib. Bundan sonra Tailand ordusu Kambocanı sazişi pozmaqda ittiham edib və hücumların gecə yarısından sonra da davam etdiyini bildirib.

Tailand və Kamboca silahlı qüvvələri arasında toqquşmalar iyulun 24-də başlayıb. Ən azı 35 nəfər həlak olub. Münaqişə Tamoanthom, Tamoantauç və Takrabey məbədləri ətrafındakı mübahisəli ərazilərə görə yaranıb. Kamboca hələ iyun ayında bu ərazilərin mənsubiyyəti məsələsi ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib, Tailand isə bununla əlaqədar narazılığını bildirib.

***

11:42

Tailand və Kamboca atəşkəs sazişindən sonra sərhəddə əlavə hərbi qüvvə yerləşdirməmək barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kamboca parlamentinin deputatı Lim Menqura istinadən məlumat yayıb.

"Tailand və Kamboca hərbçiləri atəşkəs sazişindən sonra öz sərhədlərində əlavə əsgər yerləşdirməmək barədə razılığa gəliblər", - o bildirib.

Deputat qeyd edib ki, beynəlxalq müşahidəçilərin atəşkəs rejiminə nəzarət etməsini təmin etmək vacibdir.


SON XƏBƏRLƏR