Rumıniyada güclü leysan yağışları nəticəsində baş verən daşqınlar üç nəfərin həyatına son qoyub.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Neamt və Suceava əyalətləri təbii fəlakətdən ən çox zərər görən bölgələrdir.
Təkcə Neamtda 890 nəfərin təxliyə olunduğu bildirilib. Daşqınlar çoxsaylı evlərə, avtomobillərə və infrastruktur obyektlərinə ciddi ziyan vurub.
Hazırda bölgəyə yerləşdirilmiş xilasetmə qrupları fəsadların aradan qaldırılması və təhlükəsizlik tədbirləri ilə məşğuldur.
Əli Hüseynov