• Bakı 26° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Azərbaycanlı məşqçinin hakimə hücumu barədə BƏYANAT 

İDMAN

29 Iyul 2025 | 13:22

Azərbaycanlı məşqçinin hakimə hücumu barədə BƏYANAT 

Azərbaycan Boks Federasiyası (ABF) Serbiyanın Zlatibor şəhərində keçirilən məktəbli boksçular arasında Avropa Çempionatında baş verən qalmaqalla bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İdman etikasına uyğun hərəkət etmədiyinə görə (rinqə çıxıb hakimə fiziki təsir etmək - red.) Hamza Avezovla bağlı ABF-nin təlimatına və qaydalara uyğun olaraq addım atılacağı bildirilib.

Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevskinin qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldığı və onu çempionluqdan məhrum etdiyi qeyd olunub.

ABF hakim barədə tədbir görülməsi üçün də aidiyyəti beynəlxalq təşkilata müraciət ünvanlayacaq.

Qeyd edək ki, hadisə Yusif Ağakişiyevlə (75 kq) Viktor Maystroviçin final qarşılaşmasında olub

Həmin görüşdə başverənləri sizə təqdim edirik:

 


SON XƏBƏRLƏR

29 Iyul 2025