• Bakı 23° C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

İDMAN

27 Avqust 2025 | 20:04

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.

50 kiloqram çəki dərəcəsində mübarizə aparan Anar Quliyev ilk görüşdə Ermənistan cüdoçusu Narek Davtyana ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Arman Mıssaya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə Omer Mor Barakdan (İsrail) güclü olub. Avropa çempionumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Tsvetelin Martinovu məğlub edərək bürünc medala yiyələnib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 10 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunur.


SON XƏBƏRLƏR