• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Formasındakı soyadını dəyişdirdi

İDMAN

28 Avqust 2025 | 11:52

Formasındakı soyadını dəyişdirdi

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Norveç millisindəki formasındakı soyadını dəyişdirməyə qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveç yığmasının mətbuat xidməti məlumat yayıb.

Futbolçunun "9" nömrəli formada, "Braut Haaland" soyadı ilə çıxış edəcəyi bildirilib. 

25 yaşlı hücumçu əvvəllər meydana yalnız atasının soyadı ilə çıxırdısa, indi anası Qryu Marita Brautun da soyadını formasına əlavə edib.

Beləliklə, ön xətt oyunçusu Norveç millisində hər iki valideyninin soyadı altında meydana çıxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026