• Bakı 23° C

    9.28 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Qurban Qurbanovdan ilk REAKSİYA

İDMAN

27 Avqust 2025 | 23:28

Qurban Qurbanovdan ilk REAKSİYA

 “Hamı görürdü ki, gərginlik var idi. Bu, məsuliyyətdən irəli gələn bir şey idi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçdan sonra deyib.

“Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu. 1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər” - Qurbanov deyib.

Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə görə “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


SON XƏBƏRLƏR

27 Avqust 2025