• Bakı 23° C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə start verib

İDMAN

27 Avqust 2025 | 20:52

Araz-Naxçıvan UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə start verib

 "Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi "Sparta Belfast"la qarşılaşıb.

Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutan görüş təmsilçimizin 9:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunları Linz şəhərində keçirilir. Komanda sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR