“Yaxşı şanslarımız oldu, amma təəssüf ki, istədiyimiz nəticəni qazanmadıq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Robbi Kin Bakıda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis bildirib: “Qarabağ” çox yaxşı komandadır. Bir qol fərqi ilə uduzduq. Rəqibi təbrik edirəm”.
O, məğlub olmağı sevmədiyini söyləyib: “Baş məşqçi üçün məğlubiyyət ağırdır. Emosiyalarım normal haldır. “Qarabağ” da qol vuranda Qurban Qurbanov sevinirdi. Oyunçularım əlindən gələni etdilər. Axmaq qollar buraxdıq, səhvlərimizi analiz edəcəyik. Bəzi hallarda “Qarabağ”a hədiyyə də verdik”.
O, sabiq futbolçusu Kadi Borgeslə bağlı bunu deyib: “Kadi yaxşı oyunçudur. Onunla birgə cəmi 2 həftə keçirmişəm. Bizim də yaxşı oyunçularımız kifayət qədərdir”.
Kin “Qarabağ”ın növbəti oyunlarını izləməyəcəyini vurğulayıb: “Səmimi desəm, onlara bir məşqçi olaraq uğurlar arzulayıram. Amma “Qarabağ” artıq məni maraqlandırmır”.