• Bakı 24° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ukrayna piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxır

DÜNYA

29 Iyun 2025 | 14:51

Ukrayna piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxır

"Ukrayna piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxır".

Bakıvaxtı.az unian-a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Roman Kostenko deyib.

    Onun sözlərinə görə, artıq Prezident Volodimir Zelenski bu barədə müvafiq Fərmanı imzalayıb:

    "Bu, müharibə reallığının çoxdan bəri tələb etdiyi addımdır. Rusiya bu konvensiyanın tərəfi olmadığı üçün həmin minalardan bizim hərbçilərimizə və mülki şəxslərə qarşı istifadə edir. Qarşı tərəf bu yolda heç bir maneə ilə üzləşmədiyi halda həmin sənəd bizim əllərimizi bağlayır. Növbəti mərhələdə biz bu məsələnin Ali Rada tərəfindən müzakirəsini gözləyirik".

    Qeyd edək ki, Ukraynanın həmin sənəddən çıxması məsələsi 2023-cü ildən müzakirə edilirdi.


    SON XƏBƏRLƏR

    28 Iyun 2025