İyunun 29-u günün ikinci yarısından başlayaraq iyulun 1-i axşamadək ölkənin bəzi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmət xəbərdarlıq edir ki, bəzi ərazilərdə yağıntılar leysan xarakterli olacaq, dolu düşməsi ehtimalı var.
Bununla yanaşı, çaylarda sululuğun artacağı, xüsusilə Böyük və Kiçik Qafqazın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Əhalinin ehtiyatlı olması, xüsusilə dağlıq və çayətrafı ərazilərdə yaşayanların diqqətli davranması tövsiyə olunur.