• Bakı 26° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Azərbaycanda orqan köçürülməsi üçün neçə nəfər növbədədir?  - RƏSMİ

CƏMİYYƏT

29 Iyul 2025 | 12:31

Azərbaycanda orqan köçürülməsi üçün neçə nəfər növbədədir?  - RƏSMİ

Hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transpalntasiyası) üçün növbədədir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki. bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

"Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

29 Iyul 2025