• Bakı 24° C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Dövlət bu şəxslərə ev verəcək

CƏMİYYƏT

28 Avqust 2025 | 10:22

Dövlət bu şəxslərə ev verəcək

Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə təminatı davam etdirilir.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə respublika ərazisində 15-16 avqust 2025-ci il tarixlərində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri tikiləcək.

Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını “İnnova İnşaat” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1 843 803 manat ödənilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026