• Bakı 16° C

    13.93 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Bağça müdiri və əri ilə bağlı qalmaqal - "Uşaqların ərzağını satırlar" - VİDEO

CƏMİYYƏT

26 Sentyabr 2025 | 23:32

Bağça müdiri və əri ilə bağlı qalmaqal - Uşaqların ərzağını satırlar - VİDEO

Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçasında uşaqlara quru çörək və su verilir.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə Ağcabədinin Pərioğullar kənd sakini Afıqə Şirinova "Xəzər Xəbər"ə müraciət edib və videolar göndərib.

Kənddəki uşaq bağçasında xadimə işləyən Afıqə Şirinova iddia edir ki, 5 ildir bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar hökm sürür. Şahidi olduğu qanunsuzluqlardan ən əsası isə uşaqların ərzaq normalarının kəsilməsidir. 

Bağçanın aşpazı Solmaz Bədəlova vurğulayıb ki, verilən qida normaları hər gün gələn uşağın sayına uyğun şəkildə tələb edilir.

Uşaq bağçasının müdiri Gülnarə Axundova səhhətilə əlaqədər olaraq müsahibə verməsə də, şifahi olaraq bildirib ki, səsləndirilən iddia və ittihamlar tamamilə əsassızdır.

Qarabağ Regional Təhsil İdarəsindən də qeyd edilib ki, Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçası ilə bağlı təqdim edilən görüntülər və səsləndirilən iddialarla bağlı müvafiq araşdırma aparılacaq. Nəticəsindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

 


SON XƏBƏRLƏR

26 Sentyabr 2025