• Bakı 18° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycanın turizm potensialı artmaqda davam edir - “Travel and Tour World”

CƏMİYYƏT

26 Oktyabr 2025 | 15:19

Azərbaycanın turizm potensialı artmaqda davam edir - “Travel and Tour World”

Rumıniyanın nüfuzlu “Travel and Tour World” turizm xəbər portalında dərc olunan məlumatlara görə, Azərbaycan bu il turizm sektorunda sabit dinamikanı qoruyub saxlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, ilin ilk doqquz ayı ərzində ölkəyə təxminən 2 milyon əcnəbi turist səfər etdiyi bildirilib.

Turizm strukturlarının açıqlamasına əsasən, say baxımından kəskin artım olmasa da, sektor əvvəlki illərlə müqayisədə sabitlik nümayiş etdirib və Azərbaycanın cəlbediciliyi dəyişməz olaraq qalır.

Mütəxəssislər bildirirlər ki, turist axınının əsas hissəsi Rusiya, Türkiyə, İran və Hindistan kimi ölkələrdən formalaşır. Ölkənin mədəni, tarixi, idman və biznes turizmi sahələrində əlçatanlığının artması və xidmət keyfiyyətinin yüksəlməsi bu sabitliyin əsas səbəblərindən biri hesab olunur.

Bununla yanaşı, turizm sektorunun qarşısında müəyyən çağırışlar da qalmaqdadır. Mövsümi asılılıq, turizm axınının bərabər paylanmaması bu sıraya daxildir.

Qeyd olunub ki, ümumilikdə Azərbaycanın turizm sahəsində sabit göstəriciləri və təxminən 2 milyon turistin səfəri ölkənin beynəlxalq turizm bazarında mövqelərini daha da gücləndirib.


SON XƏBƏRLƏR

25 Oktyabr 2025