Astroloqlar maraqlı müşahidə paylaşıblar. Bəzi bürclər yaşlandıqca dəyişmir, əksinə daha enerjili, pozitiv və cavan ruhlu olurlar. Onların daxili enerjisi və həyata baxışı illər keçdikcə daha da güclənir.
Bakıvaxtı.az yaşlandıqca cavanlaşan bürclərə nəzər salır:
Əkizlər - Daim gənc ruhlu, çevik və maraq doludurlar. Yaş ötür, amma onların zarafatları, enerjisi və yeni şeylər öyrənmək istəyi azalmır.
Tərəzi - Zərif zövqü və həyat sevgisi ilə seçilən Tərəzilər illərlə daha da parlayır. Onların gülümsəməsi və pozitiv aurası yaşlanmağa imkan vermir.
Oxatan - Macəra sevərlik və sərbəst ruh Oxatanların əsas xüsusiyyətidir. Yaşlandıqca daha çox səyahət etmək, yeni təcrübələr yaşamaq istəyirlər - bu da onları daim gənc saxlayır.
Balıqlar - Xəyalları və romantik baxış bucaqları ilə Balıqlar illərlə ruhən daha da gəncləşir. Onlar üçün yaş sadəcə bir rəqəmdir.
Şir - Özünəinamı və həyatı sevməyi ilə tanınan Şirlər hər yaşda parlayır. İllər keçdikcə xarizması artır, enerjisi azalmır.
Astroloqların fikrincə, bu bürclərin sirri daxili balans, müsbət düşüncə və özünü sevməkdə gizlidir.
Qısası, bəzi insanlar yaşlandıqca dəyişmir. Onlar sadəcə daha da gözəlləşir və gəncləşirlər./Milli.az
Bakı 


