Xəbər verdiyimiz kimi, noyabrın 24-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.
1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.
Qeyd edək ki, dünən Əhməd Rəcəbli küçəsində obyektdə partlayış verib.
Bakı 



