• Bakı 14° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Kəlbəcərdə qeydiyyata alınan tarix-mədəniyyət abidələrinin sayı açıqlanıb

CƏMİYYƏT

25 Noyabr 2025 | 10:36

Kəlbəcərdə qeydiyyata alınan tarix-mədəniyyət abidələrinin sayı açıqlanıb

Kəlbəcər rayonu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə 28 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Kəlbəcər rayonunda yerləşən 28 abidədən 1-i dünya əhəmiyyətli memarlıq (Xudavəng monastırı), 2-i ölkə əhəmiyyətli memarlıq (Lex qalası, monastır) nümunələridir.

Həmçinin açıqlanıb ki, 28 abidədən 3-ü ölkə əhəmiyyətli arxeoloji (Zar mağara düşərgəsi, Qayaüstü təsvirlər, yaşayış yeri), 16-sı yerli əhəmiyyətli memarlıq (Comərd qalası, Qırmızı məbəd və s.) , 1-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 5-i isə dekorativ-tətbiqi sənət nümunələridir (Daş qoç fiqurları)",-deyə qurumdan əlavə edilib.


SON XƏBƏRLƏR

24 Noyabr 2025