• Bakı 14° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

2,5 milyon vəhşi pişik məhv ediləcək - GÖZLƏNİLMƏZ QƏRAR

CƏMİYYƏT

25 Noyabr 2025 | 08:56

2,5 milyon vəhşi pişik məhv ediləcək - GÖZLƏNİLMƏZ QƏRAR

Yeni Zelandiya hökuməti ölkənin təbii ekosisteminə ciddi zərər verən 2,5 milyon vəhşi pişiyi 2050-ci ilə qədər məhv etmək üçün yeni plan açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu addım geniş müzakirələrə səbəb olub. Heyvan hüquqları təşkilatları öldürməyə əsaslanan yanaşmanın dəyişdirilməsini tələb edir.

Təbiəti mühafizə naziri Tama Potaka bildirib ki, bu qərar 2016-cı ildən bəri tətbiq olunan “Yırtıcısız 2050” strategiyasına yeni bir növün əlavə olunması deməkdir. O, vəhşi pişikləri “soyuqqanlı qatillər” adlandıraraq, əvvəllər bəzi bölgələrdə məhdud nəzarət altında saxlanılan heyvanların indi koordinasiyalı və genişmiqyaslı məhv proqramına daxil ediləcəyini açıqlayıb. Ətraflı icra planının 2026-cı ilin martında təqdim olunması gözlənilir.

Yeni Zelandiya meşələrində və adalarında təxminən 2,5 milyon vəhşi pişiyin yaşadığı bildirilir. Bu heyvanlar bir metrlik quyruq və 7 kiloqrama qədər çəkisi ilə yerli quş və yarasa növlərinə dağıdıcı təsir göstərir. Məsələn, Rakiura Stevart adasında pukunui və cənub dotterel quşları yox olma təhlükəsi ilə üzləşib, Ruapehu dağı ətrafındakı yarasa populyasiyaları isə pişiklərin yırtıcılığı səbəbindən azalıb. 

Vəhşi pişiklərin hədəf siyahısına əlavə olunması uzun illər davam edən kampaniyanın nəticəsidir. 2013-cü ildə ekoloq Garet Morqan tərəfindən başlanan “Pişiklər getsin” kampaniyası ölkədə geniş müzakirələrə səbəb olmuşdu. Uşaqlar üçün təşkil olunan vəhşi pişik ov yarışları heyvan hüquqları müdafiəçilərinin sərt tənqidinə səbəb olmuşdu. Lakin Təbiəti Qoruma Nazirliyi bildirib ki, strategiya layihəsinə daxil edilən rəylərin 90%-i vəhşi pişiklərin idarə olunmasını dəstəkləyir.


SON XƏBƏRLƏR

24 Noyabr 2025