Namibiyanın Ompundja rayonunun rəhbəri Adolf Hitler Uunona adlı yerli siyasətçi ölkədə diqqət mərkəzinə gəlib.
Bakıvaxtı.az Qayanrinfo-a istinadla xəbər verir ki, o, "Bild"ə açıqlamasında 26 noyabrda keçiriləcək regional seçkilərdə iştirak edəcəyini təsdiqləyib.
Adolf Hitler Uunona 2004-cü ildən bəri rayona rəhbərlik edir və 2020-ci ildə səslərin təxminən 85 faizini toplayaraq yenidən seçilib.
Son illərdə sakinlər ərazidəki durğun inkişafdan və infrastrukturun olmamasından şikayətləndikləri üçün məmura qarşı təzyiq artıb. Yerli qəzet olan "The Namibian" yerli seçicidən sitat gətirir: "Biz ona işdə kart oynamaq üçün pul ödəmirik".
Dünyanın diqqətini cəlb edən Uunona adı ilə bağlı danışarkən atasının tarixi konteksti anlamadığını bildirib. O, nasist cinayətləri ilə heç bir əlaqəsi olmadığını və ictimai tədbirlərdə yalnız Adolf adından istifadə etdiyini vurğulayır.
Bakı 



