• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Lada”nın istehsalı 40 faiz azalacaq

İQTİSADİYYAT

24 Noyabr 2025 | 18:16 | Müəllif: Subhan Mahmudov

“Lada”nın istehsalı 40 faiz azalacaq

“AvtoVAZ”ın Tolyattidəki əsas məkanında “Lada” avtomobilləri istehsalının 2025-ci ilin sonuna qədər 40% azalaraq 274 min ədədə düşəcəyi gözlənilir.

Bakıvaxtı.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər dairə şurasının dərc etdiyi materiallarda bildirilir.

”İstehsal planının azalmasını nəzərə alaraq, 2025-ci ildə Tolyatti şəhər dairəsində minik avtomobillərinin buraxılışı 274 min ədəd (2024-cü ildə 456300 ədəd istehsal olunub) olaraq qiymətləndirilir”, - deyə məlumatda bildirilir.

Proqnoza görə, mühafizəkar ssenariyə əsasən, 2026-cı ildə şəhər dairəsində avtomobil istehsalı da ildən-ilə təxminən 3,3% (9 min ədəd) azalaraq 265 min avtomobilə qədər düşəcək.

Rusiya avtomobil bazarında tələbatın azalması fonunda “AvtoVAZ” sentyabrın sonundan natamam dördgünlük iş həftəsinə keçib. Dördgünlük iş həftəsinin 2026-cı ilin mart ayının sonuna qədər davam edə biləcəyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026