Noyabrın 16-dan bəri Vyetnamın mərkəzi hissəsində baş verən leysan yağışlar və daşqınlar nəticəsində azı 91 nəfər ölüb, 11 sakin itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vyetnamın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Məlumata görə, 82 min hektar çəltik, 117 min hektardan çox digər kənd təsərrüfatı bitkiləri və meyvə plantasiyalarına ziyan dəyib, 3.5 milyon mal-qara, ev quşu tələf olub.
Yerli hakimiyyət orqanları bildirib ki, təbii fəlakət nəticəsində iqtisadi itkilər 13 trilyon donqdan (təxminən 490 milyon dollar) çoxdur.
Bakı 



