• Bakı C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Yaponiya Çinlə dialoqa açıq olduğunu bildirib

DÜNYA

25 Noyabr 2025 | 10:17

Yaponiya Çinlə dialoqa açıq olduğunu bildirib

Yaponiya hökuməti ikitərəfli münasibətlərin pisləşməsinə baxmayaraq, Çinlə müxtəlif səviyyələrdə dialoqa, mövcud problemlərin həllinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə açıqdır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara deyib.

"Hökumətin siyasəti dəyişməz olaraq qalır. Biz Çin ilə münasibətlərdə problemlərin sayını azaltmaq və qarşılıqlı səylərlə qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək istəyirik", - deyə o, Tokionun vəziyyəti izləyəcəyini və "müvafiq tədbirlər görəcəyini" qeyd edib.

"Yaponiya Çinlə müxtəlif səviyyələrdə dialoqa açıqdır", - o əlavə edib.
 


SON XƏBƏRLƏR