• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıdakı maşın bazarı Ağdama KÖÇÜRÜLƏCƏK

CƏMİYYƏT

25 Noyabr 2025 | 00:54 | Müəllif: Subhan Mahmudov

Bakıdakı maşın bazarı Ağdama KÖÇÜRÜLƏCƏK

Bakıdakı maşın bazarı Ağdama köçürüləcək.

Bakıvaxtı.az  Modern.az-a istinadən xəbər verir ki, bu, Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək.

Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

Xüsusilə Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq.

Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026