• Bakı 24° C

    8.94 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Vəkil: Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər

HADİSƏ

29 Iyun 2025 | 16:16

Vəkil: Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər

Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər.

Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir ki, bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib .

    Onun sözlərinə görə, Gənciyevə “elektroşok”la işgəncə verilib, ağır predmetlə döyülüb.

    Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib: "Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək".

    Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb: "Biz hər cür səy göstərəcəyik ki, həmin şəxslər xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itiriblər".


    SON XƏBƏRLƏR