• Bakı 22° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Türkiyədə 17 nəfər saxlanıldı

DÜNYA

29 Iyun 2025 | 17:40

Türkiyədə 17 nəfər saxlanıldı

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ölkənin müxtəlif bölgələrində baş verən silsilə meşə yanğınlarında iştirakda şübhəli bilinən 17 nəfərin saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

“Baş vermiş yanğınlarla bağlı prokurorluq orqanları tərəfindən aparılan çoxşaxəli və hərtərəfli araşdırmalar çərçivəsində bu günədək 17 şübhəli şəxs saxlanılıb”, - deyən nazir qeyd edib ki, bu, iyunun 26-28-də respublikanın bir sıra əyalətlərində başlayan yanğınlara aiddir.

Tunç həmçinin qeyd edib ki, Biləcik vilayətində məhbuslar ehtiyat tədbiri olaraq cəzaçəkmə müəssisəsindən təxliyə edilib.

Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, son iki gündə ölkədə 150 ​​meşə yanğını qeydə alınıb, onlardan 83-ü şənbə günü, iyunun 28-də baş verib. Yanğınların əksəriyyəti Türkiyənin qərb və şimal-qərb bölgələrində yerləşən meşə və əkinçilik ərazilərində qeydə alınıb. Nazirin sözlərinə görə, yanğınlar tez bir zamanda söndürülüb.


SON XƏBƏRLƏR