• Bakı 24° C

    8.94 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Meyitlərlə fırıldaqçılıq: Dəfn bürosunda səs-küylü QALMAQAL

DÜNYA

29 Iyun 2025 | 15:27

Meyitlərlə fırıldaqçılıq: Dəfn bürosunda səs-küylü QALMAQAL

Dəfn bürosunun sahibi hökuməti aldatmaq üçün mürəkkəb fırıldaqçılıq sxemini təşkil edib.

190-a yaxın cəsədi tərk edilmiş bir binada gizlədən və mərhumun qohumlarına saxta kül verən Kolorado dəfn bürosunun sahibi maksimum 20 il həbs cəzası alıb.

Bakıvaxtı.az Lent.az-a istinadla xəbər verir ki, Return to Nature dəfn bürounun sahibi Con Hollford iyunun 27-də müştəriləri aldatmaqda və federal yardımdan təxminən 900 min dollar mənimsəməkdə ittiham olunaraq həbs cəzasına məhkum edilib.

Con Hollford 2024-cü ildə elektron rabitə fırıldaqçılığı etmək üçün sövdələşmədə günahını etiraf edib.

Prokurorlar 15 il, Hollfordun müdafiə komandası isə 10 il həbs istəyib.

Bununla belə, hakim Nina Vanq cinayətlərin miqyasının və ailələrə dəymiş mənəvi zərərin daha uzun cəza tələb etdiyinə qərar verib.

“Bu, adi dələduzluq hadisəsi deyil”, - hakim bildirib.


SON XƏBƏRLƏR

28 Iyun 2025