Rusiya Stepnoqorsku aviasiya və artilleriya ilə atəşə tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyasının rəhbəri İvan Fyodorovun Teleqram kanalına istinadla xəbər verir.
İyunun 29-u səhər saat 06:00 radələrində Rusiya qoşunları Zaporojye vilayətinin Stepnoqorsk şəhərinə kütləvi zərbələr endirib.
Yaşayış infrastrukturu zərbələrə tuş gəlib, mərmilərdən biri doqquzmərtəbəli binaya düşüb.
Zərbə nəticəsində çoxmərtəbəli binanın dağıntıları altından 70 yaşlı qadının meyiti tapılıb.
Hadisə yerində fövqəladə xidmətlər işləyir, hücumun nəticələrinin aradan qaldırılması davam edir.