• Bakı 26° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

CƏMİYYƏT

29 Iyun 2025 | 13:31

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

    İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.

    İyunun 30-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

    İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.


    SON XƏBƏRLƏR

    28 Iyun 2025